Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İbrahim Rəisi: İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir

Yayınlanma tarixi: 28.11.2021 16:46:28

"İran İslam Respublikası, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir."

İslamazeri.com İran mediasına istinadən istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Seyid İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) XV zirvə toplantısının kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Üç ölkənin çoxlu mədəni, dini ortaqlıqları vardır. Eyni zamanda bu münasibətlərdə problemin yaranmasına icazə vermək olmaz” -deyə o bildirib.

İran prezidenti qeyd edib ki, İran və Türkiyə arasında münasibətlərinin inkişafı iki ölkə xalqları və regionda sülh və stabilliyin xeyrinədir.

İran prezidentinin sözlərinə görə, İran və Türkiyənin ticarət dövriyyəsi münasibətlərin inkişafı potensialı hazırkı vəziyyətdən daha böyükdür. İki ölkə ticarət dövriyyəsi, iqtisadi və siyasi münasibətləri artırmaqla münasibətləri strateji səviyyəyə yaxınlaşdıra bilər.

Rəisi əlavə edib ki, İran və Türkiyənin müxtəlif sahələri, o cümlədən enerji, bank və pul, ticarət dövriyyəsi sahələrində əməkdaşlıqlarının inkişafı üçün müxtəlif sadələşdirmələr aparılmalıdır. Bu sahədə güzəştli tarifləri yenidən nəzərdən keçirmək olar.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

R.T.Ərdoğanın sözlərinə görə, iki ölkə münasibətlərinin, xüsusilə də iqtisadi sahədə yüksək inkişafını əldə etmək olar.

“Türkiyə, Rusiya və İran regionun digər ölkələrinin əməkdaşlığı ilə regionun təhlükəsizliyi və stabilliyini qoruya bilərlər” -deyə o bildirib.

Yuxarı