Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbər var

Yayınlanma tarixi: 25.03.2020 13:41:17

Noyabrın 6-da O.Gülalıyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyəyə müalicəyə göndərilib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində mühüm dəyişiklik yoxdur. Əvvəlkitək gözlərini açır, yanında danışanda eşidir, amma beyin oyanıqlığı hələ baş verməyib. Bu barədə İstanbulda “Amerika hospitalı”nda müalicə olunan fəalın xanımı Firuzə Gülalıeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyev tibbi prosedur olaraq gündəlik həkimlərin nəzarəti altında yarım saata kimi ayaq üstə saxlanılır, oturduğu halda saxlanması isə bir az uzun çəkir.

“Həkimlər şüur oyanıqlığının nə zaman baş verə biləcəyini deyə bilmirlər. Prosesin bu qədər uzun çəkməsini isə qəzadan sonra tibbi əməliyyatın çox gec olunması ilə izah edirlər”, - F. Gülalıeva deyib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində hüquq müdafiəçisini avtomobil vurması nəticəsində başından ağır kəllə-beyin travması alıb. Ertəsi gün ona neyrocərrahiyyə əməliyyatı edilib, amma artıq beyinə geniş qan sızması baş vermişdi.

Noyabrın 6-da O.Gülalıyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyəyə müalicəyə göndərilib.

Yuxarı