Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əhlibeyti yenidən təfsir etmək, tanımaq lazımdır

Yayınlanma tarixi: 05.10.2019 10:12:37

“Niyə Əhlibeyt (ə), xüsusilə də İmam Hüseyni (ə) tanımağımız lazımdır?”, - sualı həmişə veriməkdədir.

“Niyə Əhlibeyt (ə), xüsusilə də İmam Hüseyni (ə) tanımağımız lazımdır?”, - sualı həmişə veriməkdədir.

Məhərrəm və Səfər ayı İmam Hüseyni (ə) tanıma ayıdır. Səqəleyn hədisi bizlərə bu əmri verməkdədir.

Səqəleyn hədisində vurğulanan iki dəyərli əmanətdən biri Əhlibeytdir.

Əhlibeyt Quran və sünnətdən sonra dinin qaynağıdır. Dini maarifi Peyğəmbərdən sonra öyrənəcəyimiz mənbə Əhlibeytdir.

Məsumlar canlı, danışan, yaşayan İlahi höccətlər olduqları üçün Quran kimi tanınmaları lazımdır. Çünki Quran İlahi mesajın yazılı halıdır və Əhlibeyt bu İlahi mesajın necə praktik olaraq istifadə ediləcəyini həyatları ilə göstərən İlahi Höccətdir.

İlahi mesajın həm məktub(yazılı) halı, həm də praktikada istifadə edilmiş forması insanlara çatdığı üçün əməl etmək üçün höccət tamam olmuşdur.

Buna görə də İlahi mesajın yazılı ”“ məktub halını öyrənmək üçün Quranı tanımaq vacib olduğu kimi, ilahi mesajın praktikada istifadə edilməsini öyrənmək üçün də məsum imamları tanımaq zəruridir.

Əhlibeyti yenidən təfsir etmək, tanımaq lazımdır

Quran ümumbəşəri kitab olduğu üçün hər zaman və coğrafiyada keçərlidir.Heç bir cəmiyyət və millət ondan ehtiyacsız deyildir. Hər insan ona möhtacdır. Heç bir cəmiyyət, millər və insan mənim Qurana ehtiyacım yoxdur deyə bilməz. Buna görə, təfsir alimləri Quranı hər zamanda o zamanın insanlarının ehtiyaclarına görə yeni təfsirini edərlər. Yəni hər əsrdə yeni bir təfsir edilməkdədir. Zamanın getməsi, insanları təkamülə çatması, elmi, qəli, fəlsəfi inkişaflar çərçivəsində daha geniş təfsir və şərhlər edilməkdədir ki, insanların həyatlarına istiqamət verə bilsin.

Əhlibeyt də Quran kimi bir zamana və məkanda məhdud deyildir, ümumbəşəridir, dolayısı ilə hər zamanın insanlarının səviyyələrinə görə təfsir edilməlidir. Yeni təfsirlər, yeni analizlər, yeni şərhlər təqdim olunmalıdır. Əks təqdirdə Əhlibeytin təfsiri, Quranın təfsirindən ayrılmış olacaqdır.

Səqəleyn hədisi bu həqiqəti bizə başa salır; madam ki, Qiyamətə qədər bu əmanətlər ayrılmayacaqlar, ona görə də, eyni özəlliklərə sahib olmaları lazımdır

Bəziləri Quranı alıb, Əhlibyti tərk edərək Əhlibeytə zülm etmişlər, bəziləri Əhlibeyti seçib Quranı tərk edərək Qurana zülm etmişlər, bəziləri isə Quran və Əhlibeyti nataraz, tərs-mütənasib təfsir edərək bir olmalarına zərər vermiş və lazım olan faydayı əldə edə bilməmişlər.

İmam Hüseyn (ə), Kərbəla, Aşura, Məhərrəm/Səfər də hər əsrdə olduğu kimi əsrimizdə yeni təfsir və şərhi edilməlidir.

Hər il İmam Hüseyn (ə) və Kərbəladakı Aşura qiyamı bir öncəki ilə görə daha kamil bəyan edilməlidir. Hər il yeni təfsir və şərhlər bəyan edilməyən cəmiyyətlər inkişaf edə bilməz, təkamülə çatmazlar.

Hər il eyni şeyləri təkrarlamaq İmam Hüseyni (ə) tanımaq və ya anlamaq üçün yetərli deyildir, sadəcə yad etməkdir.

Yeni təfsir və şərh demək ”“ keçmişdəkilərin səhv olduğunu demək deyildir. Yeni təfsirdən məqsəd budur; dünya surətli şəkildə dəyişir, insanın həyatına təsir edən, yön verən və dəyişdirən elm, mədəniyyət bəşəri ideologiyanın nəzarətində bütün cəmiyyətlərə təsir edir və qoloballaşdırır.

Buna görə, İmam Hüseynin (ə) Kərbəla və Aşurası insanların həyatına təsir etməsi, yönverməsi və ”Hayati Tayyibe“yi təqdim etməsi üçün zamana görə təfsir edilməsi lazımdır, İmam Hüseyn qiyamı həm mədəniyyətləşməli, həm də qloballaşmalıdır.

Nəticə olaraq bu nöqtəyi qeyd etmək istəyirik ki, muvəhhidlərin həyat kitabı olan Quran necə zamana görə həmişə yeni təfsir edilmədisə, danışan, canlı yaşayan Quran olan Əhlibeyt də o cür yeni təfsir edilməsi lazımdır.

Vesselamu aleykum ve rahmetullahi ve berekatuh

 Rasthaber /Berlin

Səbahəddin Türkyılmaz

Yuxarı