Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əhlibeyt (ə) yanında Xanım Fatimeyi Zəhranın (s.ə) məqamı sonsuzdur - İmam Cümə

Yayınlanma tarixi: 21.12.2021 15:25:02

Dünyada yaşayan əhlibeytsevərlər Həzrət Zəhranın (s.ə) şəhadət günlərini qeyd edir.

İslamazeri.com xəbər verir ki, bu günlər “Əyyami Fatimə” (Fatimə günləri) olaraq əza məclislərilə keçirilir.  Həzrət Zəhranın (s.ə) məqamı haqqında İslami mənbələrdə ( istər Şiə, istər Əhli Sünnə) kifayət qədər dəlillər mövcuddur.

Az.shafaqna.com Gürcüstanın tanınmış ruhanisi, Manreulinin İmam Əli (ə) məscidinin axundu və İmam Cümə Hacı Hacıyevdən münasibət alıb.

O ilk növbədə “Əyyami Fatimə” günləri münasibətilə Əhlibeyt tərəfdarlarına başsağlığı verib.

Daha sonra bildirib: “Allah, Peyğəmbər (sə) və Əhlibeyt (ə) yanında Xanım Fatimeyi Zəhranın (s.ə) məqamı sonsuzdur. Bu haqqda çoxlu hədis və rəvayətlər var. Mən bir neçə hədisi diqqətinizə çatdırmaq istəyirəm. Həzrət İmam Həsən Əskəri (ə) buyurur ki, biz Allahın insanlara höccətləriyik, anamız Zəhra (s.ə) isə bizə höccətdir. Zamanın Sahibi, Həzrət Mehdidən (ə.f) də bir hədis vardır ki, O Həzrət buyurur: Anam Fatimədən (s.ə) mənim üçün gözəl nümunə və örnəklər var. İmam Sadiq (ə) də Həzrət Fatimə (s.ə) haqqında buyurur ki, kim Fatimeyi Zəhranı (s.ə)dərk etsə elə bil Qədr gecəsini dərk etmiş kimi olar.”

Yuxarı