Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hizbullah və Seyid Fəzlullahın şirkətləri Livanda siyasi benzin təxribatını necə pozdu?

Yayınlanma tarixi: 02.12.2019 09:01:31

Son iki günündə benzin satan yanacaq doldurma məntəqələri dollar problemini səbəb göstərərək tətil elan etmişdilər...

İslamazeri.com xəbər verir ki, Livan Hizbullahı və Seyid Məhəmməd Hüseyn Fəzlullahın qurumuna aid "Al Amana" və "Al Aytam" şirkətlərinə aid yanacaq doldurma məntəqələri Livan xalqının həyatını çətinləşdirən benzin tətillərinin sona çatmasına səbəb olub.

Livanda ötən ayın (noyabr) son iki günündə benzin satan yanacaq doldurma məntəqələri dollar problemini səbəb göstərərək tətil elan etmişdilər.

Livanlı mənbələrin bildirdiyinə görə, buna səbəb yanacaq doldurma məntəqələrinin idxalatçılardan dollarla benzin almalarına məcbur olmaları; lakin Mərkəzi Bankın maliyyə kanalının bu ticarətə cavab verməməsiymiş. Bu durumda benzin satan məntəqələr fakturanın 15 faizini nağd, geri qalanını isə maliyyə kanalı ilə amma rəsmi məzənnədən baha qiymətə idxalatçı firmalardan almaq məcburiyyətində olublar.

"Yaxın Şərq" portalında gedən xəbərə görə, Livanın Enerji və Təbii Qaynaqlar naziri Nida Bestani, hökümətin benzin problemini həll etmək üçün yanacaq idxal edəcəyini və yanacaq tankerlərinin isə 15 gün içində Livana gələcəyini açıqlamışdı.

Bundan sonra ölkədə iğtişaşlar yaratmaq istəyilə benzin tətillərinə start verilmiş, lakin  Livan Hizbullahı və Seyid Məhəmməd Hüseyn Fəzlullahın qurumuna aid "Al Amana"  və "Al Aytam" şirkətləri tətilə qoşulmayacaqlarını açıqlayaraq əhaliyə yanacaq satışına başlamışlar. Avtomobillərin yanacağı qurtardığından və bəzilərinin də tətilə dəstək vermə səbəbilə bir neçə saat yolda durduğu lakin "Al Amana"  və "Al Aytam" şirkətlərinin yanacaq satmalarından sonra digər yanacaq doldurma məntəqələri də tətili sonlandırdıqlarını açıqlayıblar.

"Al Amana" tətilin sonlandırılmasından sonra açıqlama yayaraq yanacağın bitməsinə görə, bəzi yanacaq doldurma məntəqələrinin müvəqqəti bağlandığını bildirib.

Yuxarı