Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hizbullah İsrailə aid PUA-nı vurdu

Yayınlanma tarixi: 09.09.2019 11:21:47

Livan Hizbullahı ölkənin cənubunda İsrailə aid bir PUA-nın vurulmasını bildirib.

İslamazeri.com "almanar"a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatı bir bəyanat yayaraq, bu gün səhər saatlarında ölkənin cənubunda İsrailə aid bir PUA-nın vurulmasını bildirib.

Məlumatda deyilir: "Müqavimət gücləri uyğun silahlarla Fələstin-Livan sərhəddində ölkənin cənubundakı Ramiyah şəhərinə doğru hərəkət edən, birİsrail PUA-sını ələ keçirərək, vurublar. Bu PUA-nın qalıntıları hazırda müqavimət güclərinin əlindədir."

Livan Parlamentinin deputatı İbrahim əl-Musəvi bu məsələ ilə bağlı "Hizbullah hərəkatı, İsrailə aid PUA-nı ölkənin cənubunda yerə salıb. Bu yeni uğurdur. Bütün Livan xalqına və şərəfli insanları təbrik edirəm."

İsrail Ordusunun mətbuat xidməti faktı təsdiqləyib.

Ordu sözcülüyü PUA-nın qəza səbəbilə düşdüyünü, kəşfiyyat PUA-sı olduğunu və Hizbullahın əlinə keçəcək gizli məlumatların PUA-da olmadığını bildirib.

Yuxarı