Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hindistanlı zəvvar İmam Rza (ə) hərəmi barədə: "Burda mənəvi rahatlığı tapdım"

Yayınlanma tarixi: 20.05.2022 15:33:47

Hindistanlı zəvvar, İmam Rzanın (ə) müqəddəs ziyarətgahını ziyarət etməyin sözlə təsvir edilə bilməyəcək bir hiss olduğunu deyib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Heydərabad şəhərindən olan müsəlman Mehdi Həsən, İmam Rzanın (ə) hərəmini ilk dəfə ziyarət etdikdən sonra, bu pak hərəm haqqında öz təəssüratlarını bildirib.

O deyib:

"İmam Rza (ə) hərəminin çox böyük olmasına baxmayaraq, burda zəvvarların rahatlığı tam təmin olunur. Hərəmin xadimləri inanılmaz dərəcədə diqqətli və təvazökardırlar".

32 yaşlı hindistanlı zəvvar insanların bugünkü həyatında qarşılaşdığı gündəlik stresslərə toxunaraq deyib:

"Hərəmə gəldikdən sonra buradakı mənəvi ab-havanı gördükdən sonra, insanın beynində heç bir stress və narahatçılıq qalmır. İnsan burada mənəvi rahatlığa qovuşur".

Yuxarı