Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hindistan Pakistanın “casus” quşunu tutdu

Yayınlanma tarixi: 14.06.2018 18:36:43

“Agentlərimdən biri də düşmən ərazisində tutuldu. Biz səni unutmayacağıq.”

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Hindistan hökuməti “Pakistanın casus göyərçinini” tutduğunu elan edib. Ölkə rəsmilərinin bəyanatına əsasən, “bədənində xüsusi işarələr” olan həmin quş 2 ölkənin sərhədində aşkar edilib.

Göyərçini yerli kənd sakini olan uşaq taparaq, polis bölməsinə aparıb. Bölmədə quşu rentgen ilə müayinə ediblər.

Rentgenoloqlar quşun bədənində şübhəli olan heç nə aşkar etməyiblər, lakin onun “şübhəli” kimi bölmədə saxlamaq qərarına gəliblər.

Maraqlıdır ki, məlum xəbər regionun sosial şəbəkələrində “partlayışa” səbəb olub. İnternet istifadəçiləri casus göyərçinə aid gülməli şəkillər düzəltməyə başlayıblar.

“Agentlərimdən biri də düşmən ərazisində tutuldu. Biz səni unutmayacağıq.”, - deyə amerikalı sosial şəbəkə istifadəçilərindən biri yazıb.

Yuxarı