Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür

Yayınlanma tarixi: 18.03.2021 12:52:17

Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!

Şaban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür.
Həzrət Fatimənin (s.ə) vəfatından çox sonra Həzrət Əli Bəni-kəlab tayfasından Fatimə adlı bir qadınla həyat qurdu və bu əziz xanım sonralar Ümmülbənin adlandırılırdı.

Əli (ə) və Ümmülbənindən şücaətdə misli görünməmiş Həzrət Abbas dünyaya gəldi. Abbasın tərbiyyə aldığı ev ilahi eşq ocağı idi. Bu ev möhtacların və kimsəsizlərin ümid yeri idi. O, atasından öyrəndi ki, insanın həyatı Allah yolunda keçəndə dəyərli olur. Həzrət Abbas çoxlu fəzilətlərinə xatır "Əbülfəzl", yəni fəzilət atası və sahibi ləqəbini qazanmışdı. Həzrət Əbəlfəzl mehriban və səmimi olmaqla yanaşı, cazibəli və gözəl bir insan idi. Bu səbəbdən onu Bəni Haşim ailəsinin ayı (Qəməri-bəni-haşim) adlandırdılar. O həzrət 14 il atası İmam Əlinin (ə) kənarında yaşadı və bu fürsətdə atanın sonsuz elmindən, hikmət və mənəviyyatından bəhrələndi. Həzrət Abbasın öz qardaşları İmam Həsən və İmam Hüseynlə (ə) ünsiyyətdə olması onun uca şəxsiyyətə malik olmasında rol oynamışdır.

Həzrət Əbülfəzilin qardaşı İmam Hüseynə bağlılığı və məhəbbəti misilz idi. Həzrət Əbülfəzlin Kərbəla vaqəiəsindəki şücaətləri haqqında çox eşitmişik. Həzrət Abbas Kərbəlada İmam Hüseyn dəstəsinin bayraqdarı idi. Abbas böyük şücaətlə islam bayrağını çiyninə alaraq haqqın müdafiəsinə qalxdı. O, İmam Hüseynlə bərabər qəflət yuxusuna qapılmış cəmiyyəti düz yola gətirmək üçün müqavimət göstərdi və düşmənlər qarşısında buyurdu: "Allah eşqi ilə döyünən ürəyimdə qorxuya yer yox. Bilin ki, Allaha təvəkkül edən ölümdən qorxmaz."

O həzrət Kərbəla vaqiəsində İmam Hüseynin ailəsinə və qoşunlarına su gətirmək üçün düşmənin mühasirəsini yarıb özünü Fərat çayına çatdırmaqla böyük fədakarlıq nümayiş etdirdi və elə bu hadisədə də ali şəhadət məqamına çatdı.

Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!

İslamazeri.com

Yuxarı