Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Heydər Əliyev KQB sədrinə dedi ki...” - Allahşükür Paşazadə

Yayınlanma tarixi: 30.04.2019 13:32:56

KQB sədri bizim “Yasin” oxumağımıza mane olmaq istəyirdi, Heydər Əliyev imkan vermədi, dedi, qoy oxusunlar.

KQB sədri bizim “Yasin” oxumağımıza mane olmaq istəyirdi, Heydər Əliyev imkan vermədi, dedi, qoy oxusunlar.

Axar.az xəbər verir ki, bu sözləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Ramazan ayının başlaması ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, hadisə rəhmətlik Prezident Heydər Əliyevin xanımı, akademik Zərifə Əliyevanın dəfn mərasimində yaşanıb:

“Zərifə xanım Əliyevanın dəfnində mən və Kamil Əliyev “Yasin” oxuyurduq. Həmin vaxt dəfndə keçmiş SSRİ-nin KQB sədri də iştirak edirdi. O, mərasimdə bizim yüksək səslə “Yasin” oxuduğumuzu görüb tərs-tərs baxırdı. Yaxınlaşıb nə isə demək istəyirdi ki, bizim “Yasin” oxumağımıza maneəçilik törətsin. Rəhmətlik Heydər Əliyev buna imkan vermədi.

Əli ilə ona geri qayıtmağını bildirib dedi ki, işin olmasın, qoy “Yasin” oxusunlar. Halbuki SSRİ KQB sədrinə belə bir söz demək mümkün deyildi. Hamı qorxardı. Onun sözünün qarşısında söz deyilə bilməzdi. Ancaq Heydər Əliyev qorxmazlığını hər məqamda göstərirdi. İnam buna deyərlər. Heydər Əliyevin dinə, islama inamı bu qədər güclü idi”.

Yuxarı