Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Həşdi Şabi” komandiri: İŞİD fitnəsinə son qoyduğumuza görə, ABŞ bizdən intiqam alır

Yayınlanma tarixi: 29.06.2020 16:43:11

“Həşdi Şabi”nin komandiri Əli əl-Hüseyni bu haqda danışıb

İslamazeri.com xəbər verir ki, İraqın Xalq Səfərbərlik Qüvvələri “Həşdi Şabi”nin komandiri Əli əl-Hüseyni bəyan edib ki, ABŞ və onun müttəfiqləri “Həşdi Şabi”dən intiqam almağa can atır.

Bəzi Qərb və ərəb ölkələri “Həşdi Şabi” cərgələrində parçalanmağa yaratmağa çalışır. Çünki bu xalq təşkilatı onların İraqı parçalamağa dair planlarını iflasa uğradıb və İŞİD fitnəsinə son qoyub”, - deyə o qeyd edib.

Son hadisələr və İraq “Hizbullah”ının üzvlərinin həbsinə işarə edən əl-Hüseyni bildirib ki, “son 3 gündə bəzi Qərb və ərəb ölkələrinin KİV-ləri “Həşdi Şabi”yə qarşı açıq-aşkar mübaribəyə başlayıb”, - Shafaqna qeyd edir.

(Onlar) üsyan şayiəsi ilə Müqavimət qüvvələrinin ruh yüksəkliyini aşağı salmaq məqsədi güdürlər”, - deyə o əlavə edib.

O, sözlərinə davam edərək deyib ki, ABŞ-ın bütün plan və hiylələri uğursuzluğa düçar olacaq, çünki “Həşdi Şabi” xalq dəstəyinə əsaslanır, işğalçı və təcavüzkarlar isə gec-tez İraqı tərk etməli olacaqlar.

Xatırladaq ki, cümə günü ABŞ hərbçiləri İraq “Hizbullah”ının bazasına hücum edərək 13 nəfəri həbs edib, lakin İraq müqavimətinin yekdil reaksiyası ABŞ-ı həmin insanları dərhal azad etməyə məcbur etdi.

Yuxarı