Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Həbs olunan gəncəlilərin qohumları etiraz edirlər

Yayınlanma tarixi: 14.08.2019 18:00:46

"Gəncə işi" üzrə həbs olunanların qohumları çərşənbə günü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya keçiriblər.

"Gəncə işi" üzrə həbs olunanların qohumları çərşənbə günü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya keçiriblər. Onlar yaxınlarının barəsində cinayət işlərinin dayandırılmasını və işgəncə faktlarının araşdırılmasını tələb ediblər.

Aksiya iştirakçıları əmindirlərki, onların qohumlarına qarşı ittihamlar saxtalaşdırılıb. Məqsəd Gəncə hadisələrinə əlbirlik xarakteri verməkdir.

Baş Prokurorluqda etirazçıların nümayəndələrini qəbul ediblər.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. Həmin gün DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Zaralov bu qurumda keçirilən müşavirədə bildirib ki, E.Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.

Avqustun 9-da Apellyasiya Məhkəməsi iş üzrə mühakimə olunmuş 4 nəfərin cəza müddətini azaldaraq onları azad edib.(Turan)

Yuxarı