Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Haşdi Şabi Ərbəin üçün özəl plan hazırlayıb - TƏFƏRRÜAT

Yayınlanma tarixi: 07.09.2020 15:17:09

İraqın Haşdi Şabi Təşkilatı Kərbəlada Ərbəin mərasiminin təşkil edilməsi və nəzarət edilməsinə hazırlıq çərçivəsində xüsusi bir plan hazırladığını açıqlayıb.

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, İraqın Haşdi Şabi Təşkilatının 26-cı briqadası Ərbəin mərasiminə dronlar və 5 min ehtiyat qüvvəyə “hazır ol” çağırışı edərək əvvəldən hazırlıq görüldüyünü bildirib.

Bu briqada etdiyi açıqlamada “Ərbəin mərasiminə, rəsmi tərəflərlə koordinasiya içində xidmət, təhlükəsizlik, tibb və səhiyyə, həmçinin digər başqa mövzuları ehtiva edən xüsusi bir erkən plan hazırlanıb. Briqada komandanlığı koronavirus pandemiyasından sonra ölkənin xüsusi vəziyyətini gözdən keçirərək, keçən ilki plandan fərqli bir plan təqdim etdi. Bu plan Kərbəlanın şimal, qərb və cənub girişlərində təhlükəsizliyi təmin edilməsi üçün 5 min ehtiyat qüvvənin çağırılmasını əhatə edir. Haşdi Şabin və in 26-cı Briqadası təhlükəsizlik baxımından bu planın həyata keçirilməsinə tamamən hazır durumdadır və Kərbəlanı əhatə edəcək və ilk dəfə istifadə olunan PUA-lara sahibdir. Bu Uçan Aparatlar İmam Hüseynin (ə) zəvvarlarının və avtomobillərinin hərəkətini, gediş-gəlişini və təhlükəsizliklərini kontrol altında saxlamaqda məsuliyyət daşıyır.”, -deyə qeyd edilib.

Açıqlamanın davamında deyilir: “Bu ilki mərasim öncəki illərdən fərqlidir və bu mərasimi həyata keçirmək üçün lazımi təcrübəyə malik olan briqada, bütün dəyərli zəvvarlardan qanun, qayda və sağlamlıq tapşırıqlarına əməl etmələrini istəməkdədir.”

Səfər ayının 20-sində Kərbəlada hər il İmam Hüseyn (ə) və sadiq əshabının şəhadətinin 40-ı üçün təşkil olunan milyonlala yerli və xarici zəvvarın iştirakı ilə keçirilir. Lakin bu il koronavirus pandemiyasına görə, Ərbəində ancaq iraqlıların iştirak edəcəyi bildirilir.

Yuxarı