Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Haşdi Şabi gücləri İraqda koronavirusla bağlı geniş tədbirlərə start verdi - VİDEO

Yayınlanma tarixi: 25.03.2020 13:02:18

İraqda koronavirus təhlükəsinin qarşısını alınması istiqamətində dövlətə ən böyük dəstək verən təşkilatlardan biri Haşdi Şabidir

İslamazeri.com xəbər verir ki, İraqda koronavirus təhlükəsinin qarşısını alınması istiqamətində dövlətə ən böyük dəstək verən təşkilatlardan biri Haşdi Şabidir.

ABŞ tərəfindən qətlə yetirilən Haşdi Şabinin komandan müavini Əbu Mehdi Mühəndisin adını daşıyan tibbi briqadalar dövlət və strateji əhəmiyyətli obyektlərin dezinfeksiya işlərinə başlayıb.

Məlumata görə, dövlətə ən böyük dəstək verən Haşdi Şabinin tibbi briqadası Kərbəlada və Bəsrədə səyyar xəstəxana qurub.

Qeyd edək ki, İraqın ən böyük söz sahibi mərcə Ayətullah Seyid Sistani iki gün əvvəl bütün varlı və imkanlılara koronavirusla bağlı xalqa hər bir dəstəyi əsirgəməməyə çağırmışdı.

Onu da qeyd edək ki, Ayətullah Sistaninin mərkəzi ofisi bütün məscidlər vasitəsilə insanlara tibbi və ərzaq yardımları göstərir.

Yuxarı