Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hansısa səfirin öldürülməsi Süleymani sui-qəsdinin qisası üçün çox kiçikdir

Yayınlanma tarixi: 15.09.2020 11:22:31

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu haqda tvitterdə yazıb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ABŞ tərəfindən Bağdadda sui-qəsd nəticəsində qətlə yetirilən Süleymani və ABŞ-ın Cənubi Afrikadakı səfirinə qarşı sui-qəsd iddiası haqda tvitter səhifəsində paylaşım edib.

İslamazeri.com xəbər verir ki, səfir Süleymaniyə qarşı terrorun bədəlinin ABŞ-ın Cənubi Afrikadakı səfirinə qarşı sui-qəsddən daha böyük olduğunu bildirib.

“Terrorizmlə mübarizə aparana qarşı qorxaq sui-qəsdin bədəli, dünyanın hansısa kuşəsindəki yazığ bir səfirin öldürülməsindən çox böyükdür. Səfir olaraq çox düşündüm və anlamağa çalışdım ki, terror ABŞ höküməti məhz niyə səfirini aradan götürmək istəyir özü də yöndəmsiz bir yolla?”, ”“ deyə iranlı diplomat yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Politico qəzeti İranın Cənubi Afrikadakı ABŞ səfirinə qarşı sui-qəsd planı hazırladığını, bu planın general Süleymaninin qisası olaraq həyata keçiriləcəyini iddia edib.

Yuxarı