Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq

Yayınlanma tarixi: 6.03.2021 20:20:22

Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi

Xəbər verdiyimiz  kimi  İslam Dünyasının nüfuzlu din alimi, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşüb.

Az.shafaqna.com bununla bağlı Azərbaycanın tanınmış din xadimi, QMİ nin qazilər şurasının üzvü, Professor Dr. Hacı Surxay Məmmədlidən münasibət alıb.

Hacı Surxay Məmmədlinin münasibətini təqdim edirik:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır”. Əl-Hucurat surəsi 13 cü ayə

Bildiyimiz kimi Roma Papası Fransisk Böyük mərceyi təqlid alimi Ayətullah Əli Sistani ilə görüşü baş tutdu.

Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi. İki ayrı ayrı dinlərə mənsub olan dini liderlərin səmimiyyətlə bir araya gəlməsi tarixə qızıl hərflərlə yazılacaq böyük bir addımdır.Xüsusi ilə də Ayətullah Sistaninin görüşdən əvvəl buyurduğu (Biz sizin bir hissənizik və siz bizim bir hissəmizsiniz) kəlamı bəşəriyyətə böyük sülh mesajı kimi qiymətləndirmək olar. Tarixdə zaman zaman baş  verən xaç yürüşlərinin olmasından faydalanan,yaşadığımız dövrdə İslamı ayrı ayrı dinlərlə üz üzə qoymağa çalışan,tolerantlıq əleyhinə şuarlar səsləndirən, İslam dininə mənsub olan məbədlərin sökülməsində əli olan, İslam dinini dünyaya terror dini kimi tanıtmaq istəyən qüvvələrə, onların məkirli düşüncələrinin yanlış olduğunu sübüt etdi. Tolerant ölkə kimi dünyaya öz töhfələrini verən Azərbaycan vətəndaşı olaraq bu görüşü maraqla izləyir və yaşadığm ölkə ilə qürur duyuram.”

Yuxarı