Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Hacı Əhliman Rüstəmovun istefa xəbəri yayılıb

Yayınlanma tarixi: 05.09.2020 17:39:23

Hacı Cavad məscidinin imamı Hacı Əhliman Rüstəmov Hacı Cavad məscidindəki vəzifəsindən istefa verdiyi bildirilir

Hacı Cavad məscidinin imamı, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov Hacı Cavad məscidindəki vəzifəsindən istefa verdiyi bildirilir.

İslamazeri.com məsələ ilə bağlı ruhaninin qohumlarından birilə əlaqə saxlayıb, o faktı təsdiqləyib.

"4-5 gün öncə QMİ-dən və məscid imamlığından istefa verdiyi düzdür. Sosial şəbəkələrdə guya hacının tənqidlərə görə istefa verməsilə bağlı fikirlər səhvdir.", - deyə o  bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə ruhaninin istefa səbəbi Aşura mərasimlərinə şərait yaradılmaması göstərilir. Hələ ki, Hacı Əhliman Rüstəmov və rəsmi saytı tərəfindən rəsmi açıqlama verilməyib.

Yuxarı