Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Haaqa tribunalından Fələstin barədə tarixi qərar

Yayınlanma tarixi: 6.02.2021 18:03:02

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) işğal olunmuş Fələstin torpaqlarında törədilən cinayətlərə dair hökm çıxarmaq səlahiyyətinə malik olması barədə qərar qəbul edib.

İslamazeri.com RT-yə istinadla xəbər verir ki, bu barədə qurum xüsusi bəyanat yayıb.
“Bu gün BCM-in İbtidai istintaq Palatası səs çoxluğu ilə özünün hüquqlarının İsrail tərəfindən 1967-ci ildən başlayaraq işğal edilən Fələstin ərazilərini əhatə etməsi barədə qərar çıxarıb”, - sənəddə deyilir.

“BMT Baş Assambleyası 67/19 saylı qətnaməsi ilə Fələstin xalqının 1967-ci ildən işğal edilən torpaqlarda Fələstin dövləti çərçivəsində öz müqəddaratını həll etmək və müstəqillik hüququnu tanıyıb. BMT-nin müvafiq qətnaməsi əsasında BCM qərara alır ki, məhkəmə ərazi baxımından Qəzza şəhəri və Qərbi Qüds daxil olmaqla Qərb sahilində səlahiyyətlərini həyata keçirmək hüququna malikdir”, - bəyanatda vurğulanır.

Yuxarı