Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstanın bu şəhərlərində məktəblər virtual fəaliyyət göstərəcək

Yayınlanma tarixi: 15.09.2020 11:42:07

Təsisatlararası Koordinasiya Şurasının qərarında bu bildirilir

İslamazeri.com az.shafaqna.com -a istinadən xəbər verir ki, Gürcüstanın bir neçə şəhər və kəndlərində tədris prosesi distant şəkildə aparılacaq.

Distant təhsil Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori, Poti, Batumi və Kobuleti şəhərlərində, həmçinin Xelvaçauri, Keda və Şuaxevi bələdiyyələrində, Axmeta bələdiyyəsinin Matani kəndində, Çoxatauri bələdiyyəsinin Zoti və Çxakauri kəndlərində, həmçinin Qori bələdiyyəsinin Kitsnisi kəndində başlayacaq. (az.shafaqna.com)

Təsisatlararası Koordinasiya Şurasının qərarına əsasən, adıçəkilən ərazilərdə distant təhsil 1 oktyabradək aparılacaq, 1 oktyabrdan isə tədris prosesi sinif və auditoriyalarda davam etdiriləcək.

Yuxarı