Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstanda iranlı narkotacir tutuldu: Tbilisi Polisindən azərbaycanca ƏMƏLİYYAT VİDEOsu

Yayınlanma tarixi: 6.02.2021 17:57:26

Gürcüstan polisi narkotik ticarətinə qarşı əməliyyat keçirib.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, Gürcüstan polisi narkotik ticarətinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı adı açıqlanmayan 33 yaşlı iranlı saxlanılıb.

Onun məhkəmənin icazəsilə narkotik maddələrin satışını həyata keçirməsinin səsi yazılıb və video çəkilib.

Videoda o azərbaycanca danışan iki nəfərə 195 ədəd  metodon narkotik tərkibli dərmanı satdığı əks olunur.

Bundan başqa onun ölkəyə duz torbalarının içində keçirmək istədiyi 1171 ədəd metodonu da polis aşkarlayıb.

Məlumata görə, iranlıya qarşı ittihamlar irəli sürülüb və onu 8 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Yuxarı