Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstan sakini İstanbuldakı terror aktı işi üzrə həbs edilib

Yayınlanma tarixi: 13.01.2018 08:56:29

Gürcüstanın hüquq-mühafizə orqanları İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktı işi üzrə təhqiqat çərçivəsində ölkə sakini Zurab İdoidzeni saxlayıblar.

Gürcüstanın hüquq-mühafizə orqanları İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktı işi üzrə təhqiqat çərçivəsində ölkə sakini Zurab İdoidzeni saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə Zurab İdoidze Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Bildirilir ki, o, cinayətin təşkilatçısı Əhməd Çatayevlə əlbir olmaqda ittiham edilir. 

Qeyd edilir ki, İdoidze Çatayevə və onun cinayətkar qrupuna maliyyə yardımı göstərib. Əhməd Çatayev özü isə Tbilisidə keçirilən əməliyyat zamanı məhv edilib.

Yuxarı