Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstan patriarxlığında koronavirus səs-sədası: II İlyanın səhhəti necədir?

Yayınlanma tarixi: 10.01.2021 12:05:16

Patriarxın həkimi Tsisana Şamata bu barədə KİV-ə açıqlama verib.

İslamazeri.com Az.shafaqna.com xəbər verir ki, Gürcüstan ictimaiyyəti Gürcüstan Patriarxının səhhətilə bağlı məlumatları ciddi izləməkdədir.

Buna Patriarxiyada koronavirusun aşkar olması səbəb olub.

Patriarxın həkimi Tsisana Şamata bu barədə KİV-ə açıqlama verib.

“Bütün Gürcüstanın patriarxı II İlya həkimlərin nəzarətinə götürülüb. Lakin koronavirus testinə ehtiyac yoxdur. Lakin biz Patriarxa test təklifini edəcəyik”, ”“ bunu  jurnalistlərə Patriarxın həkimi Tsisana Şamata bildirib.

O həmçinin bildirib ki, Patriarxlıq işçilərindən kütləvi test götürülür, həmçinin COVİD-19-a qarşı işlər də aparılır.

“Daxil olanların sayını azaltmışıq. Girib-çıxanlardan test götürürük.”, -deyə Şamata əlavə edib.

Patriarxlıqdan isə bildiriblər ki, Bütün Gürcüstanın patriarxı II İlyanın səhhəti yaxşıdır,özünü yaxşı hiss edir.

Qeyd edək ki, 4 yanvarda II İlyanın 88 yaşı tamam olub. O 1977-ci il 23 dekabrdan Gürcüstan Pravoslav kilsəsinə rəhbərlik edir.

Yuxarı