Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstan ölkə xaricində mövsümi işləmiş şəxslərə maddi yardım edəcək

Yayınlanma tarixi: 29.06.2020 19:47:26

Bu kateqoriyaya daxil vətəndaşlara dövlət tərəfindən təxminən 100 dollar məbləğində birdəfəlik maddi kömək ediləcək.

İslamazeri.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan mövsümi işlər üçün xaricə gedən və hazırda koronavirus pandemiyasına görə bunu edə bilməyən vətəndaşlarına yardım edəcək.

Bu kateqoriyaya daxil vətəndaşlara dövlət tərəfindən təxminən 100 dollar məbləğində birdəfəlik maddi kömək ediləcək.

Bildirilir ki, bu cür yardımın alınması üçün vətəndaşların hər hansı bir təsdiqləyici sənəd etmələrinə ehtiyac yoxdur, onlar yalnız 15 iyuladək Səhiyyə Nazirliyinin müvafiq portalında qeydiyyatdan keçməlidirlər, nazirlik onların sərhədinə keçməsinə dair məlumatları isə DİN-dən əldə edəcək.

Qeyd edək ki, Gürcüstanda indiyədək pandemiya dövründə iqtisadi fəaliyyəti ziyan görən 105 minədək vətəndaş yardım edilib. (az.shafaqna.com )

Yuxarı