Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstan Azərbaycan və Türkiyə ilə quru sərhədlərini açır

Yayınlanma tarixi: 25.05.2021 18:11:15

Gürcüstan iyunun 1-dən etibarən, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açır.

İslamazeri.com-un məlumatına görə, bu barədə Gürcüstanın baş nazir yanında Koronavirusla mübarizə üzrə qurumlararası şurasının qərarında deyilib.

Qeyd olunur ki, ölkənin quru sərhədləri 2020-ci ilin martından bağlı idi.

Qərar Qurumlararası Koordinasiya Şurasının (QKŞ) iclası zamanı qəbul edilib.

Qeyd edək ki, Gürcüstanın quru sərhədləri pandemiya səbəbi ilə 2020-ci ilin mart ayından qapadılıb.

Ölkə sərhədini tam vaksinasiyaya dair sənəd və ya son 72 saatda edilmiş PZR-testin mənfi nəticəsi ilə keçmək olacaq.

“Belə olan halda, Gürcüstana PZR-test ilə gələn şəxslər növbəti 72 saat ərzində təkrar PZR-testdən keçməlidirlər”, ”“ deyə QKŞ rəsmisi Girogi Gibradze məlumat verib.

Yuxarı