Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gürcüstan 2-ci dəfə sərt məhdudiyyətlərə tab gətirə bilməyəcək - Nazir

Yayınlanma tarixi: 11.09.2020 10:59:35

Bu barədə Gürcüstanın İqtisadiyyıat və Davamlı İnkişaf naziri açıqlama verib

İslamazeri.com az.shafaqna.com -a istinadən xəbər verir ki, Gürcüstan hökuməti bir daha COVID-19 xəstəliyinə görə sərt məhdudiyyətlər zərurətinin yaranmaması üçün mümkün olan hər şeyi edir, çünki ölkə iqtisadiyyatı belə bir zərbəyə daha tab gətirə bilməyəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava danışıb.

Biz artıq keçmiş olduğumuz iri məhdudlaşdırıcı tədbirlərdən yaxa qurtarmaq üçün mümkün olan hər şeyi edirik. Bizim iqtisadiyyatımız, təbii ki, belə zərbəyə daha dözə bilməyəcək. Ona görə də nöqtəvi tədbirlərin köməyi ilə, həmçinin tibbi personalımızın peşəkarlığının sayəsində biz bu prosesi nisbətən asanlıqla keçməyə ümid edirik”, - deyə o bildirib.

Qeyd edilib ki, ölkədə koronavorisun yayılması riskinin səbəb olduğu məhdudiyyətlər nəticəsində iqtisadi aktivliyin aşağı düşməsi, həmçinin dövlətin əhalinin zərər görmüş təbəqələrinə genişmiqyaslı yardımı büdcə kəsrinin təxminən 8%-dək artmasına gətirib çıxarıb.

Əmələ gəlmiş kəsrin örtülməsinin əsas mənbələrindən biri beynəlxalq maliyyə institutlarının yardımı olub. Bu dəstəklər, digər tərəfdən, ölkənin xarici borcunun artmasına səbəb olub. Beynəlxalq maliyyə institutlarından 1,5 milyard dollar məbləğində pul yardımı cəlb edilib.

Koronavirus ölkədə iqtisadiyyatın təxminən bütün sahələrinə ziyan vurub. Ölkəni xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci il iyul ayı üçün 17,6% aşağı düşüb.

Xatırladaq ki, Gürcüstanda koronavirusa yoluxma sayında kəskin artım baş verib. Baş nazir Giorqi Qaxariya ikinci dalğanın başladığını deyib .

Yuxarı