Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Goranboyda ağır qəza: Ölən və yaralılar var

Yayınlanma tarixi: 12.10.2018 17:17:13

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Goranboy rayonunda ağır yol qəzası baş verib.

İslamazeri.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub.

Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Yuxarı