Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gəncədə yaralanan polis danışdı

Yayınlanma tarixi: 12.07.2018 15:02:34

“Bu şəxslərin üzərində xəncər və digər kəsici alətlər olduğunu gözləmirdik”

İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.

APA-nın qərb bürosunun məlumatına görə, S. Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib: “Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım”.

S. Bayramov qeyd edib ki, Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar: “İğtişaş zamanı bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi”.

S. Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib: “Ali Baş Komandanın əmri olarsa, biz torpaqlarımızın müdafiəsinə də hazırıq”.

Yuxarı