Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Fələstin liderindən Trampa "YOX" - SƏBƏB

Yayınlanma tarixi: 13.02.2018 15:11:06

Fələstin Fələstin-İsrail nizamlanması çərçivəsində ABŞ-la əməkdaşlıq etməkdən imtina edir.

İslamazeri.com-un Fələstin mediasına istinadən verdiyi xəbərə əsasən, Fələstin Fələstin-İsrail nizamlanması çərçivəsində ABŞ-la əməkdaşlıq etməkdən imtina edir.

Bu haqda Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bildirib.

Abbasın sözlərinə görə, ABŞ Yaxın Şərqdə "əlverişsiz şərait" yaradıb, Fələstin-İsrail münaqişəsinin həlli məsələsinə isə mənfi təsir göstərib.

"ABŞ-ın hərəkətləri nəticəsində yaranmış belə bir şəraitdə biz bəyan edirik ki, bu andan etibarən, biz amerikalılarla vasitəçi qismində istənilən əməkdaşlıqdan imtina edirik, çünki onların hərəkətlərinə qarşıyıq.", - deyə o bildirib.

Fələstinli lider həmçinin qeyd edib ki, münaqişənin həll edilməsində ABŞ-ın yeganə vasitəçi olmadığı yeni mexanizmin yaradılması zəruridir.

Yuxarı