Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Fəlahatpişə: ABŞ-ın insan hüquqları pozuntusuna dair hesabat hazırlanır

Yayınlanma tarixi: 15.04.2019 23:30:22

Fəlahatpişə ABŞ-ın insan hüquqlarının pozuntusuna dair hesabatının parlamentdə olunduğunu açıqlayıb.

İran İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Hişmətullah Fəlahatpişə ABŞ-ın insan hüquqlarının pozuntusuna dair hesabatının parlamentdə olunduğunu açıqlayıb.

İslamazeri.com xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Hişmətullah Fəlahatpişə ABŞ-ın son bir ildə etdiyi insan haqları pozuntuları ilə bağlı hesabatın komissiyada yekun şəklə salındığını və baş assambleyada müzakirə olunmaq üçün rəyasət heyətinə təqdim olunduğunu bildirib.

Hesabatın həftəyə müzakirə edilməsini ümid etdiklərini qeyd edən Fəlahatpişə bundan sonra Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının hər il ABŞ-ın insan haqları pozuntularına dair bir hesabat şəklində hazırlanacağını və əlaqədar qurumların bu pozuntuların izləyicisi olacaqlarını vurğulayıb.

Yuxarı