Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ermənistanın aviasiya şirkəti Yerevandan İstanbula uçuşlar həyata keçirəcək

Yayınlanma tarixi: 25.11.2021 15:24:48

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.

İslamazeri.com “Armenpress”-ə istinadən xəbər verir ki, “Flyone Armenia” şirkəti tezliklə 8 istiqamətdə uçuşlara başlayacaq.

Birbaşa reyslər arasında Yerevan-İstanbul marşrutu da var.

Sözügedən istiqamətdəki uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.

Biletin qiyməti isə 39 avro olacaq.

Şirkət ilk uçuşu 17 dekabrda həyata keçirməlidir.

Yuxarı