Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ermənistan dəfn mərasimini atəşə tutdu: 4 mülki şəxs həlak oldu

Yayınlanma tarixi: 15.10.2020 17:26:26

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə dəfn zamanı baş verib.

İslamazeri.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 4 azərbaycanlı mülki şəxs həlak olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi ”“ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 4 mülki şəxs həlak olub. 3 nəfər isə yaralanıb: “Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə dəfn zamanı baş verib.

Erməni silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığını artilleriya atəşinə tutublar.

Həlak olanların və yaralananların kimliyi dəqiqləşdirilir.  

Yuxarı