Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“DYP-nin şəxsi heyətilə bağlı saf-çürük etmə işləri aparılır”

Yayınlanma tarixi: 13.01.2020 22:45:51

Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək.

Xəbər verdiyimiz kimi Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

Belə ki, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

Qafqazinfo-nun verdiyi məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır.

Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Yuxarı