Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Dünyanın duyğu vəziyyətinin xəritəsi çıxarılıb

Yayınlanma tarixi: 05.05.2019 01:20:31

ABŞ mərkəzli araşdırma şirkəti "Gallup" dünyanın duyğu vəziyyətinin xəritəsini çıxarıb.

ABŞ mərkəzli araşdırma şirkəti "Gallup" dünyanın duyğu vəziyyətinin xəritəsini çıxarıb.

İslamazeri.com xəbər verir ki, "Gallup"-ın 2019 Qlobal Hisslər Hesabatında, 140 ölkədən 151 min nəfərlə üz-üzə və ya telefonla danışıqlar aparılıb. İştirakçılara gündəlik həyatdakı müsbət və mənfi təcrübələri ilə bağlı sualların yönəldildiyi tədqiqatda ən stresli, bədbəxt və qəzəbli ölkələr müəyyənləşdirilib.

Ən qəzəbli 10 ölkə arasında ilk üç yeri Ermənistan, İraq və İran bölüşüb. Türkiyə Fələstin və Tunisdən sonra altıncı olub. Türkiyədən iştirakçıların 40 %-i qəzəbli olduğunu bildirib.

İştirakçıların cavablarına əsasən Türkiyə ən az müsbət təcrübənin baş verdiyi ölkələr arasında isə beşinci sırada yer alıb. Birinciliyi Misir, Çad və Banqladeş bölüşərkən, Şimali Kipr ikinci, Nepal üçüncü, Litva isə dördüncü olub.

Türkiyə ən stresli ölkələr sıralamasında isə 11-ci sırada yer alıb. Ən stresli ölkə Yunanıstan kimi müəyyən edərkən, Filippin ikinci, Tanzaniya isə üçüncü olub.

Yuxarı