Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Dərbənddə azərbaycanlıların yaşadığı ərazidə erməni kilsəsi təxribatı

Yayınlanma tarixi: 12.05.2021 13:25:36

Dağıstanda azərbaycanlıların tarixən yaşadığı ərazidə Dövlət Tarixi Arxitektura muzey qoruğunun nəzdindəki xalçaçılıq və dekorativ sənət muzeyi kimi fəaliyyət göstərən binanın restovrasiya edilərək erməni qriqoryan kilsəsi kimi fəaliyyətə açılma cəhdləri orada yaşayan soydaşlarımızı ciddi narahat edib.

İslamazeri.com-a daxil olan məlumata görə, bu barədə Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Serqey Melikov tərəfindən təqribən 15 gün öncə sərəncam imzalanıb. Sərəncamın imzalanmasında erməni iş adamlarının ciddi təsiri olduğu istisna deyil.

Məlumata görə, bu sərəncam Dərbənddə yaşayan yerli azərbaycanlı fəalların ciddi narazılığına səbəb olmuş, bu baş verəcəyi təqdirdə gələcəkdə azərbaycanlılarla ermənilər arasında milli zəmində qarşıdurmanın baş vermə ehtimalı böyükdür. Məlumata görə, yerli azərbaycanlılar məsələ ilə bağlı respublika rəhbərliyinə məktub yazıblar. Onlar bu etiraza biganə qalınacağı təqdirdə Dərbənd və Moskvada etiraz piketləri keçirəcəklərini bildirirlər. Onlar həmçinin Azərbaycanın Rusiyadakı diplomatik korpusuna müraciət edəcəklərini də qeyd edirlər.

Əldə edilən məlumata görə, bu kilsə məsələsi əslində Metso İgityan adlı ixtisasca hüquqşünas olan, iş adamı  tərəfindən ortaya atılıb. O ermənilərin Rusiyada mövqelərini möhkəmləndirmək üçün əsas fiqurlardan biri hesab olunur.

Metso Yuriyeviç İgityan kimdir?

1970-ci ildə Gürcüstanın Axalkalaki bölgəsində dünyaya gəlib. Moskva Hüquq Akademiyasında təhsil alıb. Beynəxalq Əlaqələr İnsitutunu bitirib. Hazırda “korporativ və layihə idarə olunması” kafedrasında dərs deyir. “Erməni Mədəniyyətinin inkişaf fondu”, “Karot Erməni Fondu”, “Strategiya Fondu” kimi bir neçə  fond və təşkilatlara rəhbərlik edir. “Ermənistan Mədəniyyət Nazirliyinin qızıl medalı”, “Ermənistanın Şərəf Medalı” kimi mükafatlar alıb.

O “Türk qlobalizmi strategiyası: neopantürkizm və neonasizm” mövzusunda elmi məqalənin müəllifidir. İgityan Dağıstan dövlət katibi Xizri Abakarovla da yaxın əlaqələri var. Belə ki, İgityan hələ X. Abakarov Dərbənd meri olarkən bir neçə dəfə görüşərək, şəhərdə müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi, o cümlədən şəhərin işıqlandırılması, “Patriot” parkının inşası və elekromobil istehsalı layihəsinin reallaşdırılması barədə Abakarovla müzakirələr aparıb. Hələ ötən ilin fevral ayında Abakarovun Moskvaya səfəri və “Boos Laytinq Qrup”, “Svetoservis Stavrapolya” və digər şirkətlərlə görüşlər zamanı İgityan onu müşaiyət edib. Bu ilin mart ayının 24-də M.İgityan Dərbəndə “Strategiya” fondunun prezidenti qismində səfəri zamanı artıq dövlət katibi olan X. Abakarovla, eyni zamanda Dərbəndin meri Rustambek Primoqamedovla və Dərbənd rayonun rəhbəri Mavsum Rahimovla görüş keçirib.

Göründüyü qədər İgityan bu planını çoxdan işə salıb və azərbaycanlılara qarşı erməni kilsəsinin açılması istiqamətində yüksək post sahiblərilə əvvəldən görüşlər keçirərək razılıq əldə edib. İgityanın məhz azərbaycanlıların sıx yaşadığı ərazidə bu layihəsini həyata keçirmək cəhdi sanki başqa şeylərdən xəbər verir.  Bu istəyilə o Dağıstanda ermənipərəst fəaliyyətini möhkəmləndirmək, buna təbii etiraz edəcək  azərbaycanlıları “dövlət qərar”larına qarşı radikal mövqe sərgiləyənlər kimi təqdim etmək niyyətindədir.

Yuxarı