Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Deputat: "Şəhid ailələrinə və qazilərə dövlətin maddi və mənəvi dəstəyi yüksək səviyyədədir"

Yayınlanma tarixi: 14.01.2022 16:39:59

"Onların sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır", - deputat bildirib.

"Dövlətin şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğısı Azərbaycanda tam fərqli formadadır. Bunu biz digər dünya ölkələri ilə müqayisə etməklə görə bilərik. Çünki bizdəki yanaşma çox spesifik formadadır. Şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı nümunəvidir: "Məsələn, bu kateqoriyadan olan insanlara mənzillərin təqdim olunması dünyanın əksər ölkələrində rast gəlinməyəcək bir təşəbbüsdür. Ancaq Azərbaycan bu istiqamətdə demək olar ki, bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək addımlar atır. Dünyada gedən iqtisadi proseslərdən asılı olmayaraq hər il bu işlər həyata keçirilir. Postmüharibə dövrü olmasına baxmayaraq, təkcə ötən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərinə 850, İkinci Qarabağ müharibəsinin qaziləri və şəhid ailələrinə isə 750 mənzil verilib. Bu proses bu gün də davam edir. Ümumilikdə isə bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib".

Deputat bildirib ki, həssas təbəqəyə göstərilən diqqət bununla da yekunlaşmır: "Onların sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab prezident tərəfindən təlimat verilib. Onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir".

V.İskəndərov qeyd edib ki, şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir: "Həm cənab prezident İlham Əliyev, həm də birinci vitse prezident Mehriban xanim Əliyeva tez tez şəhid ailələri, müharibə işirakçıları, müharibə əlilləri ilə görüşür, onların problemləri ilə maraqlanır".

Yuxarı