Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Çörçilin SSRİ-yə qarşı planı üzə çıxdı

Yayınlanma tarixi: 25.05.2021 18:13:16

1945-ci ilin may ayında Böyük Britaniya SSRİ-yə qarşı hərbi əməliyyat planı hazırlayıb.

İslamazeri.com Az.shafaqna.com-a xəbər verir ki, 1945-ci ilin may ayında Böyük Britaniya SSRİ-yə qarşı hərbi əməliyyat planı hazırlayıb.

Bu barədə “The Telegraph” qəzeti Milli Arxivdən olan sənədə istinadən məlumat verib.

Sənəddə deyilir ki, Sovet ordusu Berlini tutandan bir neçə gün sonra Böyük Britaniyanın baş naziri Vinston Çörçil “Ağlagəlməz” (Operation “Unthinkable”) əməliyyatını hazırlamağı tapşırıb.

Bu əməliyyita əsasən, Qərb müttəfiqləri Hitler Almaniyasının kapitulyasiyasından sonra 2 ay ərzində SSRİ-nin tutduğu ərazilərin dərinliklərinədək genişmiqyaslı quru, hava və hərbi-dəniz hücumu həyata keçirməli idilər.

Qeyd edilir ki, “ABŞ və Böyük Britaniya imperiyasının iradəsini” zorla SSRİ-yə qəbul etdirmək istəyirdilər. Hücuma Kral Artilleriyasının keçmiş komandanı və briqada generalı Ceffri Tompson başçılıq etməli idi. Tompson 1945-ci ilin 1 iyulunda əməliyyata başlamaq istəyirdi.

Yuxarı