Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Çində nəşr edilən tanınmış romanlarda dinlə bağlı sözlər çıxarıldı

Yayınlanma tarixi: 14.08.2019 14:14:59

Çinin Təhsil Nazirliyi (TN) 5-ci siniflər üçün nəzərdə tutulmuş yeni məktəb dərsliyində də dinlə bağlı sözlər çıxarılıb

İslamazeri.com-un “The Christian Post”-a istinadən verdiyi xəbərə əsasən, Çinin Təhsil Nazirliyi (TN) 5-ci siniflər üçün nəzərdə tutulmuş yeni məktəb dərsliyini təqdim edib. Həmin kitab “şagirdlərə digər mədəniyyətləri anlamağa kömək etmək üçün” nəzərdə tutulub.

Dərsliyə digər məlumatlarla yanaşı, xarici müəlliflərin ən məşhur əsərləri də əlavə edilib, o cümlədən də, “Robinzon Kruzo”, “Kibritli qız”, “Vanka”.

Maraqlısı budur ki, əsərlərdəki dinlə bağlı istənilən sözlər çıxarılıb.

Məsələn, Daniel Defonun əsərində, sahilə atılmış Robinzon Kruzo gəminin qalıqları arasından Bibliya tapsa da, Çin versiyasında o, “bir neçə kitaba rast gəlir”.

Hans Kristianın “Kibritli qız” əsərində belə bir cümlə var: “Ulduz düşən zaman, ruh Allahın yanına gedir”. Redaktə edilmiş Çin versiyasında isə həmin cümlə belədir: “Ulduz düşən zaman, insan bu dünyanı tərk edir”.

Anton Çexovun “Vanka” əsərində isə, kilsədə duanın oxunduğu və bir neçə dəfə “Məsih” sözünün təkrarlandığı hissə var. Çin versiyasında isə, həmin hissədən söz belə açılmır.

Yuxarı