Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Cənnət müjdəçisi Ramazan ayı

Yayınlanma tarixi: 17.05.2019 05:29:22

Bu ay insan ruhunun təmizlənməsi ayıdır

Müqəddəs Ramazan ayı insan ruhunun və cisminin təmizlənməsi, cilalanıb, saflaşması ayıdır.

Bu ay sanki maddi gözlə görmədiyimiz aləmlərin darvazasının açıldığı, mələklər, ruhlar və müqəddəs ruhların bizlərlə görüşməsi və Allah tərəfindən Lovhu-Məhfuzda talelərimizin yenilənərək, yaxşı və ya pis tərəfə dəyişdirilməsi ayıdır. Bir sözlə bu dünya həyatımızı mənalı, səmərəli, dəyərli, hörmətli, əziz keçirmək və əbədi dünyada da müəyyən məqam sahibi olmaq üçün Allahın bizlərə verdiyi bir fürsət ayıdır. Çünki, Allah Özü bizləri yaratdığına və Öz müqəddəs ruhundan bəxş etdiyinə görə, bizi anamızdan da çox sevir. Bizləri belə sevə-sevə Yaradan, bizləri nə bu dünyada cəzalandırmaq, nə də ki, Əbədi dünyada Cəhənnəm odunda yandırmaq istəməz. Sadəcə bu “İmtahan dünyası”nın məğzi olan və Allahın istəyi ilə müxtəlif bəhanələrlə imtahan olunan bizləri, seçərək öz Əbədi Cənnətinə layiq etmək istəyir. Bu müqəddəs ayda Allah-taala bizlərə batinimizdə yığılıb qalan nəfsi rəzalətlərdən (qəzəb, nifrət, kin-küdurətdən) qurtarmaq, günahlar yükünü tökmək və orqanizmin təmizlənməsi üçün oruc tutmağı buyurur. Çünki ac qalan orqanizmin daxilində elə proseslər gedir ki, insan qəlbi istər”“istəməz yumşalır və insan sanki öz ruhuna daha yaxın olur.

Əslində, biz insanlar ruhən çox güclü olsaq da, cismən ən acız varlıqlarıq. Çünki aclığa, susuzluğa soyuqa-istiyə və müəyyən xəstəliklərə qarşı çox dözümsüzük. Bu səbəbdən də bu ayda Allah-taala bizi dözümsüz bədənimizlə, mallarımızla (xums- zəkat, kəffarə, fitrə) imtahan edir ki, Onun bəxş etdiyi canın , malın , ömrün, əzizlərin, təbiətin, bir sözlə bütün nemətlərinin dəyərini,qədrini daha yaxşı bilək. Həm də ac-susuz qalmaqla bu dünyadakı kasıbların çəkdiklərini hiss edək və Əbədi dünya nemətləri qazana Quran-Kərimdə Əbədi dünyada olan Cənnət nemətlərinin ləzzətindən və Cəhənnəmdə olacaq ac-susuzluqun, zəqqumun dəhşətindən bəhs edən ayələr çoxdur. Deməli, az bir zaman yaşayacağımız bu dünyada olduğu kimi əbədi dünyada da ruh və cismimizlə bu duyğuları (şirin-acını) hiss edib, əbədi yaşayacağıq. Əbədi dünyada Cəhənnəm əzabından qurtarıb gözəl məqam sahini olmağımız üçün Qadir Allah bizlərə bu dünyada insanlarla mehriban, gözəl ünsiyyət etməyimizi, bizə bəşx etdiyi var- dövlətimizdən (elm-bilik, pul-maldan) sədəqə verməyimizi, oruc tutmağımızı, (müəyyən səbəbdən oruc tuta bilmədikdə bədənin kəffarəsini verməyimizi) Onunla beş vaxt namaz vasitəsi ilə söhbət etməyimizi, dualarla bilib-bilmədiyimiz, günahlarımız üçün əfv diləməyimizi istəyir. Bütün bunlarla da Uca Yaradan bizə Cənnət məqamlarının müjdəsini vermək istəyir.

 

Ağayeva Mənzər / İslamazeri üçün (arxivdən)

Yuxarı