Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Büdcədə dövlət qulluqçularının əlavə təhsil xərcləri açıqlanacaq

Yayınlanma tarixi: 29.11.2019 11:28:46

Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı dəyişib.

Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı dəyişib.

İslamazeri.com-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, büdcə xərclərində dövlət qulluqçularının əlavə təhsil xərcləri ayrıca maddədə əksini tapacaq.

Belə ki, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilib.

“Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222940. Əməyin mühafizəsi xərcləri” sözləri “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilib.

“222950. “Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə olunub:

“222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.

“222990 “Sair xərclər” maddəsinə “dinləyicilərin” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilib.

Yuxarı