Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bu il üçün “Ərbəin”in şüarı və xüsusi rəngi seçilib

Yayınlanma tarixi: 29.08.2019 21:01:27

Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq Kərbəlada İmam Hüseyn (ə) hərəmində dalğalanan qırmızı bayrağın qara ilə əvəzlənəcəyi tarix açıqlanıb.

Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq Kərbəlada İmam Hüseyn (ə) hərəmində dalğalanan qırmızı bayrağın qara ilə əvəzlənəcəyi tarix açıqlanıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ziyarətgahın nümayəndəsi Seyid Əfdəl əş-Şami məlumat verib. Onun sözlərinə görə bu il bayraq dəyişdirmə mərasimi avqustun 31-də olacaq.

Əş-Şami əlavə edib ki, artıq bütün təhlükəsizlik tədbirləri görülüb, həmçinin zəvvarlarlar üçün müəyyən olunmuş yerlər seçilib.

Ziyarətgahın nümayəndəsi bannerin xüsusi mərasimlə dəyişəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, bundan sonra Həzrət Əbülfəzl Abbasın hərəminin bayrağı dəyişdiriləcək.

Yeri gəlmişkən xatırladaq ki, artıq "Ərbəin-2019"-un şüarı və xüsusi rəngi seçilib. Deviz kimi "Əl-Huseynu Yəcməuna" ("İmam Hüseyn (ə) bizi bir yerdə toplayır") şüarı müəyyən olunub. Xüsusi rəng kimi isə qırmızı seçilib.

Qalereya

img
img
Yuxarı