Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bu gün Xanım Zeynəbin (ə) mövlud günüdür

Yayınlanma tarixi: 31.12.2019 11:54:56

Hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının 5-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür...

İslamazeri.com-un məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan xanım Fatimeyi-Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Hz. Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atasının zinəti" deməkdir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunub.

Xanım Zeynəb (ə) çox dözümlü, güclü, səbirli bir xanım olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhz xanım Zeynəb (ə) olub. Xanım Zeynəb (ə) Kərbəla hadisəsini bir xanımın iradəsində layiqincə canlandıran xanımlardan biridir. Gözlərinin önündə qardaşının, yaxınlarının, ən əsası körpələrin, daha əsası isə Peyğəmbər (s) əmanətlərinin qanına qəltan olduğunu görən bir xanımın bunun ilahi bir əmr olduğunu bildiyi üçün yüksək dözüm, iradə, səbr nümayiş etdirməsi bəşəriyyətə bir mesaj, bir çağırış idi. Xanım Zeynəb (ə) məhz o gün cəsarətli, şücaətli, ismətli, iffətli, iradəli, səbrli bir qadın obrazını canlandıraraq gələcək nəsillər üçün ilahi bir nümunə bəxş etdi.

Xanım Zeynəb kimdir?
Xanım Zeynəb (s.ə) kimdir? (I hissə)

Yuxarı