Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bu gün Quranı təhqir edən Salman Rüşdü haqqında Ayətullah Xomeyninin fətva verdiyi gündür

Yayınlanma tarixi: 14.02.2018 15:29:00

Əslən hindistanlı olan Salman Rüşdünün haqqında fevral ayının 14-də ölüm fətvası verilmişdi

İslamazeri.com xəbər verir ki, bu gün - 14 fevral Quranı təhqir edən Salman Rüşdü haqqında şiə dünyasının böyük mərcəi təqlidi olan, mərhum Ayətullah Xomeyninin fətva verdiyi gündür.

Qeyd edək ki, Rüşdünün 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında da qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni Salman Rüşdünün ölümünə fətva verib.

Qeyd edək ki, İranın "15-Khordad Foundation" adlı fond onu öldürən şəxsə 90-larda 2 milyon dollar, daha sonra 2.5 milyon dollar, 2012-də isə 3.3 milyon dollar mükafat təyin edib. Ayətullah Xamenei İmam Xomeynidən sonra onun haqqında verilən fətvanı qüvvədə saxlayaraq bu fətvanın həmişə qüvvədə olduğunu açıqlayıb.

Məlumata görə, Salman Rüşdü hazırda ABŞ-da yaşayır. 16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.

Yuxarı