Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bu gün Ayətullah Behcətin vəfatının ildönümüdür

Yayınlanma tarixi: 17.05.2022 18:14:43

Bu gün böyük arif, Ayətullah Behcətin vəfatının on üçüncü ildönümüdür.

İslamazeri.com xatırladır ki, böyük arif Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb.

Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır.

Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.” Elə bu vaxt dərin yuxuya gedir. Hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra tədricən tamam sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir. Evləndikdən sonra ilk övladının adını “Mehdi” qoyur. İkinci övladı qız olur.

Üçüncü uşağının adını “Məhəmməd Hüseyn” qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu “Məhəmməd Təqi” deyə çağırır. Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəfi-Əşrəfə hicrət edir.     

Yuxarı