Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Britaniya şokda: Şahzadə Çarlz koronavirusa yoluxdu

Yayınlanma tarixi: 25.03.2020 15:14:43

Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, şahzadə Çarlz  koronavirusa yoluxub, Saray rəsmiləri bildirib.

71 yaşlı şahzadənin simptomları yüngüldür və "sağlamlıq vəziyyəti yaxşıdır".

72 yaşlı Cornwall Hersoginya Camilla da analiz verib, onda koronavirusa yoluxma aşkarlanmayıb.

Onların hər ikisi həkimlərin məsləhətilə Şotlandiyadakı evlərində özlərini təcrid ediblər. Rəsmilərə görə, şahzadə son bir neçə gündür ki, evdən işləyirdi.

Vəliəhd şahzadənin virusa necə yoluxduğu bəlli deyil. Onun son həftələrdə ictimai işlərdə aktiv olduğu deyilir.

BBC-nin kraliyyət müxbiri Nicholas Witchell deyir ki, Şahzadə Çarlz  son dəfə martın 12-də ictimai işdə olub və elə həmin gün anası, Kraliça II Elizabeth ilə görüşüb.

Saray Kraliçanın "sağlam olduğunu" bildirib.

Şahzadə Çarlz  və həyat yoldaşı bazar ertəsi günü analiz verib.

Buna səbəb onların analiz üçün meyarlara uyğun gəlməsi olun.

Yuxarı