Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

BMT: Əfqanıstanda 11 milyondan çox qadının təcili humanitar yardıma ehtiyacı var

Yayınlanma tarixi: 14.01.2022 16:12:16

"Humanitar təşkilatlar qadınlara qida, sağlamlıq, təhsil və yaşayış imkanları təqdim etməklə onlara yardımı genişləndirməlidirlər".

Əfqanıstanda 11 milyondan çox qadının təcili humanitar yardıma ehtiyacı var.

İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

Təşkilatın ofisi, həmçinin Əfqanıstanda hakimiyyətin "Taliban" tərəfindən ələ keçirilməsindən sonra qadınların hüquqlarının pozulması hallarının artması ilə bağlı ciddi narahatlığını ifadə edib.

Məlumatda deyilir ki, humanitar təşkilatlar qadınlara qida, sağlamlıq, təhsil və yaşayış imkanları təqdim etməklə onlara yardımı genişləndirməlidirlər.

Yuxarı