Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

BMT-dən Əfqanıstanda törədilən terror hadisələri ilə bağlı XƏBƏRDARLIQ

Yayınlanma tarixi: 14.05.2022 15:17:47

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İspaniyanın Malaga şəhərində keçirilən sammit zamanı Əfqanıstanda qlobal terrorizmin yenidən artacağı barədə xəbərdarlıq edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi İŞİD və Əl-Qaidənin Afrikada yayılmasını və Əfqanıstanda terrorun yenidən canlanmasını qlobal sülh və təhlükəsizliyə artan təhdidlər kimi qiymətləndirərək, onlara ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

O əlavə edib ki, terrorizmə qarşı cavab tədbirləri onun effektivliyini təmin etmək üçün qanunun aliliyi, insan hüquqları və gender bərabərliyi prinsipləri əsasında aparılmalıdır.

Yuxarı