Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Binə” ticarət mərkəzində yanğın - VİDEO

Yayınlanma tarixi: 08.10.2019 11:33:30

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın baş verib

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın baş verib.

Report Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. 

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Yuxarı