Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bibliya 1000-ci dilə tərcümə edildi

Yayınlanma tarixi: 12.10.2018 14:29:53

“Wycliffe Bible Translators” rəsmisi tərcümə prosesi haqda danışıb.

İslamazeri.com-un “Christian Post”-a istinadən verdiyi xəbərə əsasən, Cənubi Sudanda xristianların müqəddəs kitabı Bibliyanın (Tövrat və İncil) 1000-ci dilə tərcümə edilməsi qeyd edilib.

Tədbir Bidi-Bidi qaçqın düşərgəsində baş tutub. Adıçəkilən düşərgədə 250 mindən çox insan yaşayır.

“Wycliffe Bible Translators” təşkilatının ABŞ şöbəsinin direktoru Ress Hersman qeyd edib ki, sözügedən tərcümə məhz burada yaşayan qaçqınlar üçün edilib.

Onun sözlərinə görə, dünyada 10 min dil var və Bibliyanın daha 2500 dilə tərcüməsi davam etdirilir. Bu tərcümələrin əksəriyyəti isə tamamlanmaq üzrədir. O qeyd edib ki, hələ tərcüməsi başlamayan təxminən 1600 dil də var.

2025-ci ilədək Bibliyanın dünyanın bütün dillərinə tərcüməsinin tamamlanması planlaşdırılır.

Yuxarı