Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Beyrut limanındakı yanğının sabotaj olması istisna deyil - Livan Prezidenti

Yayınlanma tarixi: 11.09.2020 11:08:31

Qeyd edək ki, ötən gün Beyrut limanında böyük yanğın baş verib.

İslamazeri.com  “Russia Today”-a istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun Beyrut limanındakı yanğının sabotaj nəticəsində baş vermiş olduğunu istisna etməyib.

Həmçinin o, “səhlənkarlıq və ya texkini nasazlığın da” hadisənin baş verməyinə gətirib çıxarmış ola biləcəyini də ehtimallar arasında sadalayıb.

“Bugünkü yanğın (10 sentyabr - red.) məqsədli sabotaj aktı və ya texniki nasazlıq, bilməmə və ya başısoyuqluğun nəticəsi olmuş ola bilər. Hər bir halda səbəb mümkün qədər tez aydınlaşdırılmalı, günahkarlar isə cəzalandırılmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Beyrut limanında böyük yanğın baş verib.

Xatırladaq ki, 4 avqustda Livan paytaxtında güclü partlayış baş verib. 190 insan həyatını itirib, 6,5 mindən çox insan yaralanıb, ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib.

Yuxarı