Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Beyrut limanında yerləşən binada güclü yanğın baş verib

Yayınlanma tarixi: 5.08.2022 17:12:40

200-dən çox insanın ölümünə səbəb olan partlayışın ildönümündə Beyrut çimərliyində "Kids Mondo" binasının yaxınlığında böyük yanğın baş verib.

Livan mənbələri bu gün səhər Beyrut limanında yerləşən binada güclü yanğının baş verdiyini bildiriblər.

İslamazeri.com  xəbər verir ki, 200-dən çox insanın ölümünə səbəb olan partlayışın ildönümündə Beyrut çimərliyində "Kids Mondo" binasının yaxınlığında böyük yanğın baş verib.

Hələlik yanğının səbəbləri və dəymiş mümkün ziyanla bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, 4 avqust 2020-ci ildə Beyrut Limanında partlayıcı maddələrin olduğu anbarda yanğın olub, daha sonra bütün şəhəri sarsıdan çox güclü partlayış baş verib. 

Partlayışda 200-ə yaxın insanın öldüyü, 6 mindən çox insanın yaralandığı, 300 min insanın isə partlayış nəticəsində evlərini tərk etdiyi açıqlanıb.

Yuxarı